Modern.az

ABŞ-da atışma - 10 ölü, 16 yaralı - YENİLƏNİB

ABŞ-da atışma - 10 ölü, 16 yaralı - YENİLƏNİB

Aktual

4 Avqust 2019, 12:57

ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) baş verən atışma nəticəsində atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb.

Modern.az-ın məlumatına görə, bu barədə şəhərin polis idarəsinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Atəş açan şəxs öldürülüb. Atışma nəticəsində daha 9 nəfər həlak olub, azı 16 nəfər isə yaralanıb və xəstəxanaya müraciət edib".

 

***

Saat 11:50

ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) atışma baş verib.

 

Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 7 nəfər həlak olub.

Bildirilir ki, hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. İlkin məlumata əsasən, atəş açan şəxlərdən biri öldürülüb, polis əməkdaşları ikinci atəş açan şəxsin axtarışlarını aparırlar.

 

Xatırladaq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) "Cielo Vista" ticarət mərkəzinin ərazisində yerləşən "Walmart" mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı