Modern.az

Putin Ərdoğana dondurma aldı - VİDEO

Putin Ərdoğana dondurma aldı - VİDEO

Aktual

27 Avqust 2019, 22:49

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı dondurmaya qonaq edib.

Modern.az  Rusiya mediasına istinadən xəbər verir ki, ekspozisiyaları ziyarət etdikdən sonra liderlər bir çox dünya siyasətçiləri tərəfindən bəyənilən məşhur rus incisi olan çadıra yaxınlaşıblar.

Rusiya dövlət başçısı üçün buradan dondurma almaq artıq bir növ ənənəyə çevrilib və o, türkiyəli həmkarını da qonaq etməyə qərar verib.

V.Putin dondurmanın çeşidlərı haqqında xanım satıcıdan məlumat alıb və iki növ seçib.

Dondurmaların ümumi məbləği 210 rubl edib. Putin, cibindən bir dəstə əskinas çıxarıb, onların içərisindən üzərində Krımın simvolu olan beş minlik rublu satıcıya uzadıb.

"Pulun qalığını nazirə verərsən", - deyə Putin Sənaye və Ticarət naziri Denis Manturova tərəf işarə edib: "Bu, aviasiyanı inkişaf etdirmək üçündür".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı