Modern.az

Təyyarə nasazlıq səbəbindən təcili eniş etdi

Təyyarə nasazlıq səbəbindən təcili eniş etdi

Güncel

10 Fevral 2020, 22:16

Rusiyada təyyarə nasazlıq səbəbindən təcili eniş edib.

Modern.az xəbər verir ki, "Pobeda" təyyarəsi Sankt-Peterburqdan Yekaterinburqa uçurmuş.

Bildirilir ki, təyyarənin havaya qalxmasından bir qədər sonra ekipaj üzvü baş verən texniki nasazlıq səbəbindən geri, "Pulkovo" aeroportuna qayıdacaqlarını bildirib.

İlkin məlumata görə, təyyarənin ön pəncərəsində çat olub.

Bundan sonra ekipaj üzvləri "Pulkovo" aeroportu ilə əlaqə saxlayıb, hadisə ilə bağlı xəbər veriblər. Təyyarə normal qaydada eniş edib və sərnişinlər terminala qayıdıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı