Modern.az

İranda yenə zəlzələ oldu

İranda yenə zəlzələ oldu

Aktual

25 Fevral 2020, 16:38

İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Laft adasında 4,1 bal gücündə zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

 

Zəlzələ 9 km dərinlikdə qeyd alınıb. Dağıntı və tələfat haqda məlumat verilməyib.

 

Qeyd edək ki, İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən 5,7 bal gücündə zəlzələ nəticəsində 109 nəfər yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı