Modern.az

Əli Kərimli polisə çağırıldı - YENİLƏNİB

Əli Kərimli polisə çağırıldı - YENİLƏNİB

Güncel

26 May 2012, 10:33


AXCP sədri Əli Kərimlinin evinə mayın 26-sı səhər saatlarında polis basqını olub. Bu barədə “Azadlıq” qəzeti məlumat yayıb.
Partiya sədrinin köməkçisi Faiq Əmirovun verdiyi məlumata görə, polislər Ə.Kərimlinin yaşadığı evi əhatəyə alıblar. Onlar Ə.Kərimlini həbs etmək üçün gəldiklərini deyiblər. AXCP sədrinin polislərə qapı açmadığı bildirilib.
Daha sonra polisin ərazini tərk etdiyi qeyd olunur. AXCP sədri Əli Kərimli evinə polis basqını ilə bağlı bildirib ki, səhər saatlarında 8 nəfər mülki geyimli şəxs onun evinə gəlib, qapını açmağı tələb ediblər. Əli Kərimli qapını açmayıb. Onlar Əli Kərimlini Bakı Şəhər Baş Polis İdarəsinə dəvət ediblər. Əli Kərimli bildirib ki, saat 11:00-da ora gedəcək.

Əli Kərimli həmçinin əlavə edib ki, dünən gecə 23:00-03:00 radələrində də evi bir neçə şəxs tərəfindən mühasirədə olub.

Hazırda AXCP sədri Əli Kərimli vəkilləri Mənsum Bayramov və Fəxrəddin Mehdiyevlə birlikdə Bakı Şəhər Baş Polis İdarəsinə getməyə hazırlaşır. AXCP sədrinin evinin qarşısına isə partiya rəhbərliyi, çoxlu sayda yerli və xarici jurnalistlər, hüquq müdafiəçiləri, ictimaiyyət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri toplaşıb.

****

AXCP sədri “Turan”ın müxbirinə bildirib ki, onu BŞBPİ-dən mayor İsmayıl Əliyev rəsmən İdarəyə dəvət edib. Əli Kərimli bildirib ki, həbs təhlükəsindən narahat deyil: “Əgər onlar məni həbs etmək istəyirlərsə, qoy etsinlər. Əgər onlar Şimali Koreyanın yolu ilə getmək istəyirlərsə, qoy getsinlər və bütün dünyaya gerçək üzlərini göstərsinlər”.
“Turan”ın müxbiri müşahidə edib ki, Kərimlinin evi ətrafında mülki və uniformalı polislər dolaşır, ərazini nəzarətdə saxlayır və video çəkiliş aparır.

***
AXCP sədri hazırda Bakı Şəhər Baş Polis İdaərsindədir. O, binaya vəkilləri ilə daxil olub. Binanın qarşısına jurnalistlərlə yanaşı AXCP rəhbərliyi və üzvləri, eləcə də ictimaiyyət nümayəndələri, diplomatik korpusun təmsilçiləri gəlib. AXCP sədrini İdarəyə nəyə görə çağırdıqları bəlli deyil.


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı