Modern.az

Bu gün Sumqayıtda su qıtlığı olacaq

Bu gün Sumqayıtda su qıtlığı olacaq

Güncel

29 Noyabr 2012, 09:59

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “H.Z.Tağıyev adına Su Kəmərləri” idarəsinin nasos stansiyası ərazisində magistral su xəttində təmir işlərinin aparılması ilə əlaqədar noyabrın 29-da  saat 09:00-dan 18:00-dək  Sumqayıt şəhəri H.Z. Tağıyev qəsəbəsinə, Kimyaçılar, “Xəzər” bağları, “Kottec” yaşayış sahələrinə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı