Modern.az

Ali Məhkəmədə yeni şöbə yaradıldı

Ali Məhkəmədə yeni şöbə yaradıldı

Güncel

18 Yanvar 2022, 12:18

“Ali Məhkəmədə aparılan struktur islahatları çərçivəsində yeni şöbə yaradılıb”.

 

Modern.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, yeni strukturla bağlı əməkdaşlar da işə cəlb edilib:

 

“Həmin şöbədə işləyən hüquqşünaslar hakimlərə qərarların ilkin variantını təqdim edəcəklər. Bu isə hakimlərə öz vəzifələri ilə məşğul olmağa imkan yaradacaq və hakimlərin fəaliyyətinin səmərəliliyini qat-qat artıracaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı