Modern.az

FHN əməliyyat görüntülərini YAYDI

FHN əməliyyat görüntülərini YAYDI

Güncel

3 Fevral 2022, 10:03

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün respublika ərazisində baş verən hadisələrin əməliyyat görüntülərini yayıb.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfər xilas edilib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı