Modern.az

Almaniya da Rusiyaya xəbərdarlıq etdi

Almaniya da Rusiyaya xəbərdarlıq etdi

Aktual

19 Fevral 2022, 15:37

"NATO Ukraynaya görə Rusiyanın hərəkətlərinə hərbi cavab verməyəcək, lakin sərt iqtisadi sanksiyalar tətbiq ediləcək".

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya Bundestaqının Komitə sədri Mari-Aqnes Strak-Zimmerman Münhen Təhlükəsizlik Konfransında deyib.

 

“Sərt iqtisadi sanksiyalar artıq hazırdır. Əgər Rusiya Prezidenti Vladimir Putin hərbi addım atarsa, bilməlidir ki, NATO tərəfindən hərbi əməliyyatlar aparılmayacaq. Lakin bunun sərt fəsadları olacaq. Ukrayna, təbii ki, müqavimət göstərəcək”, - komitə sədri bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı