Modern.az

Sabunçuda ev yandı

Sabunçuda ev yandı

Güncel

20 Fevral 2022, 17:31

Sabunçu rayonunda yanğın hadisəsi qeydə alınıb.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli evin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb, yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı