Dövlət Departamenti ABŞ vətəndaşlarına Belarusu dərhal tərk etməyi tövsiyə edib.
Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Minskdəki səfirliyinin bəyanatında deyilir.
"Dövlət Departamenti ABŞ vətəndaşlarına Belarusa getməməyi tövsiyə edir və ölkədə olan ABŞ vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırır", - səfirliyin Tvitter səhifəsində yazılıb.
Qeyd olunur ki, Minsk hava limanı vasitəsilə müəyyən beynəlxalq istiqamətlərdə ölkəni tərk etmək olar, Litva, Latviya və Polşa ilə quru sərhədlər açıqdır və adi rejimdə işləyir.