Modern.az

Deputat qubalıların problemlərini araşdırdı

Deputat qubalıların problemlərini araşdırdı

Aktual

2 Mart 2022, 10:50

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov Quba şəhərində yerləşən ofisində karantin qaydalarına ciddi riayət edilməklə seçiciləri ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, seçicilərinə ötən dövr ərzində Milli Məclisdə görülən işlər haqqında məlumat verən millət vəkili, görüş içtirakçılarının çoxsaylı suallarını cavablandırıb.

 

Görüşdən sonra qəbul üçün qeydiyyatdan keçmiş 117 seçici təkbətək qəbul edilib. Qəbulda qonşu Xaçmaz və Qusar rayonlarından olan vətəndaşlar da iştirak ediblər.

 

İşlə təmin olunma, sosial müvinətlərin təyini və verilməsi, mənzillərin verilməsi, torpaq sahələrinin ayrılması, müxtəlif kənar təsirlərdən zərər çəkmiş evlərin təmiri, məhkəmə qərarlarının gec icra olunması, ailədaxili münaqişələrin araşdırılması və bu kimi bir çox digər məsələlər qəbul zamanı qaldırılan məsələlərdən olub.

 

Daxil olan hər bir məsələ ilə bağlı deputat tərəfindən araşdırma aparılıb, qərarlar qəbul edilib. Bir çox məsələlərin baxışı zamanı rayon icra hakimiyyətinin rəhbərliyi də bu prosesə cəlb olunub.

 

Onların arasında ötən qəbullar zamanı qaldırdıqları problemlərin həlli üçün deputata öz minnətdarlığını bildirməyə gələnlər də olub. Deyilən bütün məsələlər köməkçi tərəfindən qeydiyyata alınıb, deputat tərəfindən həlli müddətləri müəyyən olunub.

 

Qəbuldan sonra millət vəkili rayonda icra edilən bir çox işlərin gedişatı ilə tanış olub, rayon rəhbərliyi ilə görüş keçirib.

Növbəti qəbul aprel ayına planlaşdırıldığı qeyd edilib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı