Modern.az

Litva döyüş PUA-ları almaq istəyir

Litva döyüş PUA-ları almaq istəyir

Güncel

8 Mart 2022, 17:30

Litva ordusunun silah arsenalı döyüş pilotsuz uçuş aparatları ilə zənginləşəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Arvidas Anuşauskas bildirib.

 

“Biz düşməni məhv etmək üçün nəzərdə tutulan yeni texnoloji nəsil döyüş pilotsuz uçan aparatlarının alınmasını nəzərdə tuturuq”, - nazir deyib.

 

Onun sözlərinə görə, orduda pilotsuz aparatlar var, lakin bunlar düşmənlə birbaşa döyüş üçün nəzərdə tutulmayıb:

 

“Onlar atəş nöqtəsini dəqiqləşdirmək, düşmənin hərəkətini izləmək, kəşfiyyat aparmaq üçün olan aparatlardır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı