Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldyuli “Kazaktelekom” SC-nin vəsaitlərinin mənimsənilməsi işi üzrə iki aylıq həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə Nur-Sultan məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Martın 13-də Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom”un vəsaitlərinin xüsusilə külli miqdarda mənimsənilməsi faktları üzrə cinayət işinin araşdırıldığını elan edib.
Kayrat Satıbaldyuli bu cinayətləri törətməkdə şübhəli bilinərək saxlanılıb və “Satıbaldıulı” adına müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.