Modern.az

Səhiyyə Nazirliyi sənəd qəbulu elan etdi

Səhiyyə Nazirliyi sənəd qəbulu elan etdi

Aktual

15 Aprel 2022, 16:14

2022-ci il üçün doktoranturaya və dissertanturaya sənəd qəbulu "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir.

 

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, doktoranturaya və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin //portal.edu.az sisteminə daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

 

Qeyd edək ki, //Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari ilin 15 aprel tarixindən başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı