Modern.az

Bu rayonda qaz KƏSİLƏCƏK

Bu rayonda qaz KƏSİLƏCƏK

Güncel

10 May 2022, 19:53

“Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Tbilisi” yüksək təzyiqli magistral qaz kəmərinin Ağstafa rayonu ərazində olan hissəsində qaz sızması aşkar olunub.

 

“Azəriqaz”dan Modern.az-a verilən xəbərə görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə 11.05.2022-ci il tarixində saat 10:00-dan işlər başa çatanadək “Ağstafa” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Təmir işləri aparılan müddətdə Ağstafa şəhəri daxil olmaqla, rayonunun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı