Modern.az

Avtobus dərəyə aşdı - Çox sayda ölən var

Avtobus dərəyə aşdı - Çox sayda ölən var

مورد توجه

16 May 2022, 09:02

Perunun Ankaş departamentində sərnişin avtobusu dərəyə aşıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tayabamba şəhərindən ölkənin paytaxtı Lima şəhəri istiqamətində hərəkət edən avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub, 35 nəfər isə xəsarət alıb.

 

Məlumata əsasən, nəqliyyat vasitəsi təxminən 100 metr hündürlükdən dərəyə aşıb. Qəzanın səbəbi hələ müəyyən edilməyib.

 

Xəsarət alan sərnişinlər Siuas şəhər xəstəxanasına çatdırılıb. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı