Modern.az

İrəvandakı qarşıdurmada 60 nəfər yaralanıb

İrəvandakı qarşıdurmada 60 nəfər yaralanıb

Güncel

4 İyun 2022, 12:15

Ötən gün Ermənistanda hökumət iqamətgahının qarşısında baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib.

 

Modern.az xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, qarşıdurma nəticəsində 60 nəfər xəsarət alıb. Onların 39-u polis əməkdaşıdır.

 

Aksiyalar zamanı 11 nəfər saxlanılaraq polis bölmələrinə aparılıb.

 

Qeyd edək ki, Ermənistanda kütləvi etirazların başlamasından bir ay ötür. Narazı kütlə baş nazir Nikol Paşinyanı Azərbaycanla sərhədlərin demarkasiyası zamanı Bakıya güzəştə getməkdə günahlandıraraq, onun istefasını tələb edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı