"Hazırda Azərbaycanda TURKOVAC vaksini üçüncü faza klinik sınaqlardan keçirilir".
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, vaksinlə bağlı Azərbaycanda keçirilən sınaq mərhələsi üzrə əldə olunan ilkin nəticələr müsbətdir:
"Bu vaksini vurduranlar var. Nəticələr müsbətdir. Təbii ki, geniş elmi açıqlamanı tələb olunan sayı əldə etdikdən sonra və Türkiyə tərəfindən aparılan laborator müayinələr nəticəsində tam açıqlayacağıq".