Modern.az

Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olundu

Bakıda ABŞ-ın Müstəqillik Günü qeyd olundu

Current

1 İyul 2022, 20:14

ABŞ-ın Azərbaycandakı səfirliyi Müstəqillik Gününü qeyd edib.

 

Modern.az xəbər verir ki, tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Azərbaycanın maliyyə naziri, Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının həmsədri Samir Şərifov iştirak ediblər.

 

Nazir qeyd edib ki, iki ölkə arasında əlaqələr müxtəlif sahələrdə, xüsusilə, enerji sektorunda inkişaf edir. Azərbaycan ABŞ-ın enerji layihələrinin həyata keçirilməsində dəstəyini yüksək qiymətləndirir.

 

Səfirin sözlərinə görə, müstəqillik bəyannaməsi qəbul ediləndən bəri dövlətlər hər kəsin hüquqlarını və müstəqilliyini qoruyur. Azərbaycan da öz müstəqilliyi ilə haqlı olaraq fəxr edir.

 

Səfir tədbirin ölkələr arasında əlaqələrin genişlənməsinə xidmət etməsini arzuladığını bildirib: "Son 30 ildə ölkələrimiz arasındakı əlaqlərdə böyük irəliləyiş olub. Yüksək səviyyələrdə təmasların fəal olması da münasibətlərimizin səviyyəsinin göstəricisidir. Əminəm ki, biz birlikdə Azərbaycanın və regionun üzləşdiyi problemlərin öhdəsindən gələ biləcəyik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı