Modern.az

20 gün öncə evlənən şəhid - FOTO

20 gün öncə evlənən şəhid - FOTO

Aktual

13 Sentyabr 2022, 15:38

Azərbaycan Ordusunun hərbçisi şəhid olub. 

 

Modern.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında törətdiyi təxribatlar nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) müddətdən artıq həqiqi hərbi qulluqçusu Azər Mustafa oğlu Məmmədov şəhidlik zirvəsinə yüksəlib.

 

Azərbaycan-Ermənstan sərhədində baş verən toqquşmalar zamanı şəhid olan 1993-cü il təvəllüdlü Azər Məmmədov Qazaxın Kəmərli kəndində anadan olub. 

 

O, 20 gün əvvəl ailə həyatı qurmuşdu. Hazırda doğulduğu kənddə dəfnə hazırlıq işləri görülür.

 

Allah rəhmət eləsin!

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı