Modern.az

Rusların Laçın dəhlizində qalan postları - VİDEO

Rusların Laçın dəhlizində qalan postları - VİDEO

Aktual

21 Oktyabr 2022, 15:40

Keçmiş Laçın dəhlizini tərk edən Rusiya sülhməramlılarının postlarından görüntülər paylaşılıb.

 

Modern.az xəbər verir ki, görüntülər İTV-də yayımlanıb.

 

Qeyd edək ki, 2022-ci ilin avqustun 26-da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanın Laçın şəhərinə, Zabux və Sus kəndlərinə nəzarəti bərpa etdiyini açıqlamışdı. 

 

Bildirək ki, bu, keçmiş Laçın dəhlizinə çəkilmiş alternativ yolun istifadəyə verilməsinin nəticəsi idi. 

 

Ermənistanla Qarabağı birləşdirən Laçın yoluna alternativ marşrut çəkildikdən sonra, Rusiyanın müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxıb. Bu, 10 Noyabr Bəyanatının 6-cı bəndinə əsasən baş tutub. 

 

Bundan sonra sülhməramlıların Laçın yolunun Laçın şəhərinə giriş istiqamətində də postları yığışdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı