Modern.az

Livanda 10 nəfər vəbadan ölüb

Livanda 10 nəfər vəbadan ölüb

Aktual

24 Oktyabr 2022, 13:32

Livanda oktyabrın əvvəlindən 10 nəfər vəba xəstəliyindən vəfat edib.

 

Modern.az-ın məlumatına görə, bu barədə bazar ertəsi ölkənin Səhiyyə Nazirliyi bildirib.

 

Qeyd olunur ki, ölkədə ilk yoluxma faktı oktyabrın 6-da qeydə alınmışdı. Oktyabrın 12-də isə ilk ölüm faktı qeydə alınıb.

 

Bu günədək Livanda vəbaya yoluxanların sayı isə 239 nəfərə çatıb.

 

Livan Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə sonuncu dəfə vəba 1993-cü ildə yayılmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı