Braziliyanın keçmiş prezidenti Luis İnasiu Lula da Silva 2023-2027-ci illərdə ölkəyə üçüncü dəfə rəhbərlik edəcək.
Modern.az xəbər verir ki, artıq onun qələbəsi rəsmiləşib. Ali Seçki Məhkəməsi seçkilərin ikinci turunda onun 50,9 faiz səs topladığını açıqlayıb.
Məlumata görə, sabiq dövlət başçısının rəqibi, hazırkı prezident Jair Bolsonarunu səsverməyə gələnlərin 49,1 faizi dəstəkləyib.
Qeyd edək ki, 77 yaşlı Luis İnasiu Lula da Silva 2003-cü ildən 2010-cu ilədək Braziliyanın prezidenti olub. O, Sosialist Fəhlə Partiyasının həmtəsisçisi və fəxri sədridir. Beş dəfə prezident seçkilərində iştirak edib. İlk üç dəfə (1989, 1994 və 1998-ci illərdə) məğlub olub. O, 2002 və 2006-cı illərdə qələbə qazanıb.
2010-cu ildə “Time” jurnalı Lulanı “dünyanın ən təsirli insanı” adlandırıb.