Modern.az

Münaqişəyə son qoyulmalıdır - PUTİN

Münaqişəyə son qoyulmalıdır - PUTİN

Aktual

31 Oktyabr 2022, 16:00

Azərbaycan və Ermənistan arasında münaqişə uzun illərdir davam edir. Buna son qoyulmalıdır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə deyib.

 

Putin bildirib ki, bütün məsələlərdə razılaşmaq lazımdır.

 

“Əsas odur ki, sülh və inkişafı təmin edək. Kommunikasiyaların açılması Ermənistan üçün sərfəlidir. Ermənistan bizim strateji müttəfiqimizdir. Ümid edirəm ki, üçtərəfli görüş zamanı müəyyən razılaşmalar əldə olunacaq”,- deyə Rusiya lideri vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı