Modern.az

Gəncədə qadınların sayı kişilərdən çoxdur

Gəncədə qadınların sayı kişilərdən çoxdur

کشور

14 Aprel 2011, 16:47

Aprel ayının 1-nə olan məlumata görə, Gəncə şəhərinin əhalisi 336 min 100 nəfər təşkil edir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çoxdur. Məlumat Modern.az-a Gəncə şəhər Statistika İdarəsindən verilib. 

Gəncədə əhalinin sayında qadınlar çoxluq təşkil edir. 2011-ci ilin aprel ayının 1-nə qədər hesablanan göstəricələrə görə şəhərin əhalisi ötən ilə nisbətən artıb.
320 min 500 nəfər şəhər əhalisinin daimi sayını, 15 min 600 nəfər isə məcburi köçkünlərin sayını göstərir.
Şəhər əhalisinin 48,3 %-ni kişilər, 51,7 %-ni qadınlardır. Onlardan kişilərin sayı 154,8 min nəfər, qadınların sayı isə 165,7 min nəfər təşkil edir.

İdarədən bildidlib ki, ilin əvvəlindən aprel ayına qədər Gəncə şəhərində ölənlərin sayı 525 nəfərdirş. Bunların arasında 5 körpə də var. Doğulanların sayı isə 955-dir. Lakin Statistika İdarəsinin rəsmisi bildirib ki, bu göstəricilər yalnız qeydiyyatda olanlara aiddir.
Maraqlı göstəricilərdən biri də odur ki, şəhərdən gedənlərin sayı gələnlərdən azdır. Gəncə şəhər Statistika İdarəsinin rəis müavini  Gülşən Əhmədlinin sözlərinə görə, yanvar-mart  aylarında Gəncə şəhərinə 185 nəfər gəlib, 162 nəfər şəhəri tərk edən qeydə alınıb.

Gəncədə 2011-ci ilin aprel ayına qədər 443 nikah bağlanıb, 98 boşanma halı qeydə alınıb.


Xaliq Qurbanov
Gəncə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı