Modern.az

BDU-nun 1 tələbəsi “Murtuz Ələsgərov” təqaüdü alacaq

BDU-nun 1 tələbəsi “Murtuz Ələsgərov” təqaüdü alacaq

Ülke

24 Dekabr 2012, 12:18

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın sabiq spikeri Murtuz Ələsgərovun adına adlı təqaüd 2013-cü ildən verilməyə başlanılacaq.
“Fakültə daxilində ən yaxşı nəticə göstərən 1 tələbəyə bu təqaüd verilir. Hələlik təqaüdün məbləği bilinmir. Amma yeni ildən bu təqaüd veriləcək”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Azərbaycanın əməkdar hüquqşünası, Milli Məclisin sabiq spikeri mərhum Murtuz Ələsgərovun adının əbədiləşdirilməsi ilə bağlı adlı təqaüdün ayrılacağını bildirmişdi.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı