Modern.az

Uşaqlarda özünə güvənc...

Uşaqlarda özünə güvənc...

Ölkə

24 Sentyabr 2013, 14:15

Bu gün dünyada ən çətin iş ana, ata olmaqdır. Bunlardan daha çətini isə bir uşaq böyütməkdir, daha doğrusu, necə bir uşaq böyütməkdir. Uşaq böyütməyi yemək bişirməyə bənzədənlər də var. Əgər içinə lazım olan bütün ərzaqlar doğru qoyulmazsa, misal üçün duzu, yağı çox və ya az olarsa, dadı gözəl olmaz. Yemək dadlı olmayanda onu yeməyub, ata bilərik. Bəs uşaqları?..

Hər bir uğurun arxasında ilk növbədə xoşbəxtlik durur, daha doğrusu insanın özünü xoşbəxt hiss etməsi. Uşaqlarda isə bu xoşbəxtliyin açarı məhz onların özünə olan güvəncidir, inamıdır. Özünə inam uşaqlarımızın dünyadakı ən böyük silahıdır. Alimlər uşaqlarda özünə inam hissinin 0-6 yaş dövründə formalaşdığını bildirirlər. Heç fikir vermisiniz, uşaqlar ən çox nə zaman sevinirlər? Hər hansı bir hərəkəti təkbaşına özləri edəndə! Bunun adı özünə güvəncdir.

Biz analar uşaqlarımız üçün hər şeyi eləməyə hazırıq. Hətta, bu emosiyaya həddindən artıq çox qapılırıq, bir də baxırıq ki, övladımızın etməsi lazım olan şeyləri belə onun yerinə biz edirik. Belə olanda isə kiçik yaşdan bütün işləri valideynləri tərəfindən görülən uşaqlar gələcəyin bədbəxt insanları kimi qarşımıza çıxırlar. Özümüz belə hiss etmədən övladımıza zərər veririk.

Türkiyəli psixoloq Doğan Cücəloğlu Amerikada keçirilən bir seminara qatılır və asistantı ilə eyni otaqda qalmalı olur. Bir gün asistant 2.5 yaş yarımlıq uşağını da özü ilə ora gətirir. Uşaq divana çıxmaq istəyir. Doğan bəy ona yardım etməyə çalışır. Amerikalı asistant yerindən qışqırır ki, “Siz nə edirsiniz? Ona yaxşılıq etdiyinizi düşünürsünuz? Siz onun bildiyi işi edərək onun özünə olan inamını zədələyirsiniz”.


Bir cümlədə əslində nə qədər böyük həqiqət gizləndiyini görmək mümkündür. Uşaqlarımızın yerinə onların işlərini biz görərək, əslində, onlara bu həyatda edilə biləcək ən böyük pisliyi edirik. Uşaqlarımıza bacarmaq duyğusunu yaşatmadan, fərqinə də varmadan onlara “sən bacarmazsan”  mesajını vermiş oluruq. Bu isə uşağın özünə olan inamını azaldaraq, özünü bacarıqsız hiss etməsinə səbəb olur. Özünə güvənmə məhz burada başlayır.

Alimlər qərb və şərq mədəniyyətinə sahib valideynlər arasında “Uşağınızın təşəbbüskar və özünə güvənən, yoxsa itaətkar və sadiq olmasını istəyirsiniz?” sualı ətrafında sorğu keçirirlər. Qərbli valideynlər özünə inam, şərqlilər isə itaətkar cavabını seçirlər.  Buradan belə nəticə çıxarmaq olar ki, biz valideynlər nə istəyiriksə, uşaqlarımızı da həmin səmtə yönləndiririk. Qısası, nə əkirik, onu da biçirik. Bu problemin qarşısını almaq üçün isə uşaqlarımız hələ kiçik yaşda ikən onların məsuliyyətini artıraraq, həyata hazırlamaq  kifayətdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı