Modern.az

Zəruri qeyd - STATUS

Zəruri qeyd - STATUS

Ölkə

4 Noyabr 2013, 11:46

Hörmətli Taleh Şahsuvarlı mənim "Mazut Akademiyası" adlı məqaləmə qarşı məqalə yazaraq mövzuya münasibət bildirib və Həccə getməyə görə professor Ramiz Qurbanovun Neft Akademiyasından işdən çıxarılmasına haqq qazandırıb. Beləcə də yazıb: “O rektora “afərin” deyirəm, “haqlısan” deyirəm, “100 faiz doğru addım atmısan” deyirəm!” İfadə təhlükəlidir - ona görə ki, bir zamanlar Hitler də yəhudi alimləri universitetdən qovmaq əmrini verəndə, Gebbels təqribən eyni ifadələri işlətmişdi.

Adətən müzakirənin mahiyyəti doğru anlaşılmayanda mübahisə açmağı lüzumsuz hesab edirəm. Çünki dəqiq bilirdim ki, hazır stereotiplərlə hər mövzuya cavab verməyə çalışan insanların çoxusu mövzunun ağırlığını dini vəzifənin icrası motivinin üzərinə salaraq Həcc ziyarəti məsələsini ya təqdir, ya da tənqid edəcəklərdi. Halbuki burada neft sahəsində Azərbaycanda ən dəyərli alimlərdən biri sayılan vicdanlı və ləyaqətli ziyalı Ramiz Qurbanovun bəhanə ilə işdən çıxarılması əsas motiv idi. Allahı, Quranı, Namazı, Həcc ziyarətini ciddiyə almaya bilərsən - bu, bir düşüncə və inanc məsələsidir; kimisə nəyəsə inandırmaq bizim vəzifəmiz deyil. Burada söhbət yalnız və yalnız insan haqları pozuntusundan gedir. Bir alimi universitetdən uzaqlaşdırmaq qərarını yalnız həmin universitetin Elmi Şurası verə bilər. Rektor kefi istədiyi halda elm adamını universitetdən belə asanlıqla çıxara bilməz.

Ancaq çox istərdim ki, Taleh bəy bu məqaləni hərtərəfli düşünərək yazıbsa, yazdıqları məqamlardan bir neçəsinə aydınlıq gətirsin:

1) Azərbaycanda tanıdığım birinci adamdır ki, Siyavuş Qarayev haqqında “ziyalı və elm adamı” sözünü işlətmişdir. Bunu hansı arqumentlərlə əsaslandıra bilər? Məsələn, təklif edirəm ki, Taleh bəy “Ziyalı və elm adamı Siyavuş Qarayev” adlı bir məqalə yazsın. Şəxsən mən rahatlıqla “Ziyalı və elm adamı Ramiz Qurbanov” adlı maraqlı bir məqalə yazmağa hazıram.

2) Yazır ki, “Düz edib işdən atıb görəvinə o cür məsuliyyətsiz, təhsilə o cür barmaqarası yanaşan kafedra müdirini”. Qocaman professor Ramiz Qurbanovu “məsuliyyətsiz, təhsilə barmaqarası baxan” adlandıran gənc Taleh bəy onun ömür yolu ilə, pedaqoji fəaliyyəti ilə, ləyaqətli davranışları ilə tanışdırmı? Ümumiyyətlə, onun özkeçmişi və əsərləri barədə bilgisi varmı?

3) İl yarım öncə həmin rektor dəyərli alimimiz Rafiq Əliyevi də əmrlə işdən çıxartmışdı. Hər halda, Rafiq Əliyev Həcc ziyarətinə getmək üçün müraciət etməmişdi. Auditoriyada da siyasətdən və dindən danışmamışdı. Onun da çıxarılmasına görə Siyavuş Qarayevə "Afərin!" deyirmi?

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı