Modern.az

İslam ölkələri təcili iclasa TOPLANIR

İslam ölkələri təcili iclasa TOPLANIR

26 İyul 2023, 09:20

İran və İraqın təklifi ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İsveç və Danimarkada Qurana qarşı edilən təhqirlərə görə iyulun 31-də fövqəladə iclas keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bildirib.

 

O, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın məsələ ilə bağlı İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri ilə müzakirə apardığını deyib: "İslam Əməkdaşlıq Təşkilatına rəsmi görüş sorğusu göndərilib. Quran təhqir olunduğu üçün bu növbədənkənar iclasın bazar ertəsi onlayn keçirilməsinə qərar verilib".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir