Modern.az

İnternet tariflərinin endirilməsinin İnternet klublarına təsiri

İnternet tariflərinin endirilməsinin İnternet klublarına təsiri

8 Sentyabr 2009, 14:18

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İnternet üzrə Əlaqələndirmə Şurasının qərarına görə, mövcud internet tarifləri sentyabrın 1-dən etibarən təxminən üç dəfə endirilib. Tariflərin aşağı salınması internet klublarında qiymətlərə də təsir göstəribmi?
Modern.az-in əməkdaşı bu suala cavab tapmaqdan ötrü şəhərimizdə yerləşən internet klublarına baş çəkib və demək olar ki, qiymətlərdə heç bir endirim edilmədiyinin şahidi olub. Klub sahibləri bildiriblər ki, internetdən istifadə edənlərin sayında heç bir fərq yoxdur və tariflərin endirilməsindən də çox az vaxt keçib. Onlar qeyd ediblər ki, bu barədə 1 ay keçdikdən sonra nəsə demək olar.
“Bəs hazırda daha çox hansı saytlardan istifadə olunur” sualına klub sahiblərinin əksəriyyəti belə cavab verib: "Mail.ru, facebook.com, odnoklassniki.ru, bəzən google.az. Bu saytlarda gənclər bəzən 4-5 saat qədər vaxt keçirirlər”.
Veb İnformasiya Kompaniyasının internet səhifəsində Azərbaycanda ən çox istifadə olunan saytların top onluğu aşağıdakı kimi sıralanıb:  mail.rugoogle.az,  google.comfacebook.com, Odnoklassniki.ru,  trend.az, Day.Azyahoo.comyoutube.comyandex.ru.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır