12Noyabr | Ana Səhifə - Yazılar - Deputat maaşına etiraz edənlər . . .
Deputat maaşına etiraz edənlər . . .

Namidə BİNGÖL

 

Milyarder təbəqə ki, pulun azlığından  şikayət etdi, deməyə söz də qalmır. Deyəsən, pul elə bir qüvvədir ki, onu əlinə alan hər kəs ondan razı qalmayacağına dair tövbə edib.

 

Həftənin hesabatını təqdim edirəm.

 

Odla su arasında qalan Mişa

 

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili ha çalışır ki, qəhrəmanlıq dastanı yazsın, alınmır ki, alınmır. İndi də onun tərəfdarlarını Ukraynadan deportasiya etmək istəyirlər. Deportasiya olunmağa məcbur edilənlər arasında Ukrayna azərbaycanlıları diasporunun sədri Hikmət Cavadov da var. Belə görünür ki, sərgərdan həyat sürməyə adət edən Mişa, nə özünə gün ağlaya bilir, nə də ətrafındakılara. Bir pencəklə Kiyev küçələrini dolaşan Saakaşvili üçün hələ ki, ümid qapısı görünmür. Bizim Hikmət Cavadov da Mişanın odunda yanmasa yaxşıdır.

 

 

Telman İsmayılov əfsanəsi bitir?!

 

Yanğınla üz-üzə qalan daha bir azərbaycanlı var. Belə ki, azərbaycanlı iş adamı Telman İsmayılov barəsində Moskvanın Basman rayon məhkəməsi tərəfindən  həbs qərarı çıxarılıb. İddialara görə, o, iki və daha çox qətlin təşkilində, həmçinin, qeyri-qanuni silah dövriyyəsində ittiham edilir. Üstəlik, beynəlxalq axtarışa verilib. Burda demək lap yerinə düşür: “Qulaq gündə bir söz eşitməsə kar olar”.

Milyarder Telman İsmayılov hara, həbsxana hara!  Biz Telman İsmayılovu daha pozitiv xəbərlərin əhatəsində görürdük. İndi isə... Artıq pul təkcə cibə yox, elə cana da ağırlıq edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Deputat maaşına etiraz edənlər

 

Həftənin, etirazları gözə alan xəbəri isə  Milli Məlisdən gəldi. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov büdcə müzakirələri zamanı deputatların maaş azlığından şikayətlənib.

 

Milli Məclisdə maaşla bağlı “şikayət məktubu”nu Siyavuş Novruzovun oxuması da bir qədər çaşqınlıq yaratdı. Niyə iqtisadi, sosial məsələlərə nəzarət edən deputat yox, məhz Siyavuş Novruzov?!

Əvvəla, Siyavuş Novruzov Mill Məclisin o tip deputatlarındandır ki, medianın istənilən sualına açıqdır. Bu vaxta qədər heç bir sual Siyavuş Novruzovu qorxutmayıb. Elə buna görədir ki, bütün etirazlara “hazıram” deyib, böyük bir kollektivin adından şikayət xarakterli təklifi də o, irəli sürdü.

 

Siyavuş Novruzov deputat maaşının az olmasını vurğulayarkən cəmiyyətin necə və hansı tonda reaksiya verəcəyini də çox yaxşı anlayırdı. Anlayırdı ki, “hörmətli müəllim” və “hippokrat andı içmiş həkim” aylıq maaş hesabına “qaz vurub, qazan doldurmur”. Məlum səbəblərə görə, bu sahənin adamları illərdir ki, “ələbaxımlılıq sindromu”na yoluxub.

 

“Bu gün hamı deputatın nə ilə dolandığını yaxşı hesablayır. Amma bilməliyik ki, bütün yük onların üzərinə düşür. Odur ki, deputatların da maaşı qaldırılmalıdır”. Bu, Siyavuş Novruzovun dilə gətirdikləridir.

 

Nə məsələdirsə, komitə sədrinin maaş mövzusunu gündəmə gətirməsi sanki hamımızı “fil qulağı”ndan ayıltdı. Qəfil cibimizə əl atıb gördük ki, “siçanlar oynayır”. Ay-haray, bu deputat nə danışır?!.. Əmək haqqı az olan biz, maaşlarının  qaldırılmasından danışan deputat. Axı niyə?!

 

  

  

 

 

 

 

 

 

 

 

 

 

 

Niyəsi odur ki, hər kəsin normal qaydada aylıq məvacibinin azlığı barədə fikir söyləmək haqqı var. Yoxsa ki, başqasının da sahib olduğu haqqı az qaldıq ki, daş-qalaq edək.

Və bu ölkədə müxtəlif sahələrdə çalışan insanların aylıq məvacibi heç də el-aləmə sirr deyil.

 

Məsələn, insan həyatının formalaşmasına, inkişafına, sağlamlığına cavabdeh olan müəllimin də, həkimin də maaşı həmişə az olub. Zaman elə dövr elədi ki, təhsil sahəsində repetitorluq dəbə mindi. Bir növ müəllimlər üçün əlavə qazanc yeri açıldı. Səhiyyə sahəsində çalışan həkimlərin isə bineyi-qədimdən pullu xəstəsi mütləq olub. Ona görə də əlavə qazanc əldə edən bəzi kəsimlər maaş azlığı ilə bağlı şikayət moizəsi oxumağa macal tapmayıb. Macal tapanların da səsinə səs verənlər olmayıb. İndi Siyavuş Novruzovun maaş söhbəti hər kəsə sillə kimi toxundu.

 

Bu arada, mətbuat səhifələrində məsələyə artistlərin də etiraz etməsinə Novruzovun maraqlı bir cavabı yer almışdı. Deputat deyir ki, dünyanın hansısa ölkəsində artist dövlət büdcəsindən maaş almır və onlar yalnız öz hesablarına müxtəlif yatırımlar edirlər. Doğru...Amma dünyanın artistləri gözünü ucuz toy mərasimlərinə dikmir. Dünyanın artistləri konsert salonlarında gecələyir. Bizdə isə sənətkar olmağın meyarları fərqlidir. Bizdə sənətkar olmaq üçün istedad yox, para gərəkdir. Ol para ki, yoxdursa, nəinki xeyriyyə xarakterli məktəblər, uşaq bağçaları tikiləcək, hətta, aləmə sənətkar belə bəxş edilməyəcək. Ona görə də deputatın çox maaş alması ideyasının ortaya atılması cəmiyyətin müxtəlif təbəqələrində qıcıq yaratmaya bilməzdi və yaratdı da.

 

Diqqət çəkən bir məsələ də vardı. Büdcə müzairələri zamanı təkcə deputatın maaşının azlığı müzakirəyə çıxarılmadı. Həm diplomatların, həm də həkimlərin maaş məsələsi gündəmə gəldi. “Diplomatik fəaliyyət haqqında” qanuna dəyişikliklə bağlı məsələni deputat Səməd Seyidov, həkimlərin maaşlarının çox aşağı olmasını isə deputat Elmira Axundova dilə gətirdi. Amma hədəf olaraq deputatların maaşlarının artırılması təklifi seçildi. Kim necə bacardısa, o formada da deputatları “qara siyahı”ya saldı.

 

Görəsən, parlamentdə təmsil olunan hörmətli deputatlar insanların nəzər-nöqtəsinə necə həkk olub ki, onların maaşlarının artırılması məsələsi bir çox təbəqələrdə etirazla qarşılandı?!  Halbuki, xalqın səs verib seçdiyi insanlar həmin deputatlardır. Elə xalqın problemləri də parlament zalında deputatlar tərəfindən aidiyyatı qurumlara çatdırılır. O zaman bu etirazların kökündə nə dayanır?!

 

Belə bir məsəl var. “Uman yerdən küsərlər”. Bəlkə də insanlar umduqları yerdən küsdükləri üçün etiraz səslərini də daha rahat şəkildə qaldırdılar. Bəlkə də, problemlərinin həlli üçün döydükləri qapı onların etirazını daha yaxşı anlayır. Nə yazıb-yazmağımızdan asılı olmayaraq, bəlkə də, maaş məsələsində etiraz edən hər iki tərəf haqlıdır. Fərqi yoxdur, harda oturublar. Təki etiraz etməyi bacarsınlar.

Bakıda mənzildən qadın meyiti tapıldı 21 Aprel 2019, 00:54 Bakıda 17 yaşlı gənc bıçaqlandı 21 Aprel 2019, 00:39 Sükut günündə 250 pozuntu 21 Aprel 2019, 00:23 Elinanın ölümündə ittiham olunan  icra başçısının müavini AÇIQLAMA YAYDI 21 Aprel 2019, 00:08 Sumqayıtdakı davada 2 nəfər xəsarət alıb 20 Aprel 2019, 23:38 “Akif Çovdarova 3 milyon manat verə biləcəyimi söylədim” - Tağı Əhmədov 20 Aprel 2019, 23:37 Bu ölkədə 1 milyon işçi axtarılır 20 Aprel 2019, 23:14  “Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər 20 Aprel 2019, 22:57 Moskva xatirələri - VI HİSSƏ 20 Aprel 2019, 22:55 Əkrəm İmamoğlu  İstanbul əhalisini Maltəpəyə çağırdı 20 Aprel 2019, 22:39 Məni həmişə ən çox inandığım adamlar aldadıb  - YAZIÇI 20 Aprel 2019, 22:32 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53