Modern.az

800 müəllim Azərbaycanın bölgələrində işləməyə göndərilib

800 müəllim Azərbaycanın bölgələrində işləməyə göndərilib

Təhsil

6 Yanvar 2011, 19:15

Modern.az-ın məlumatına görə, Təhsil naziri Misir Mərdanov bildirib ki, yanvarın 6-dan başlayaraq Təhsil Nazirliyinin bütün şöbələrinin 2010-cu il ərzində gördükləri işlərlə bağlı hesabatları dinlənilir.
Yanvarın 6-da nazirlikdə Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin 2010-cu ilə dair illik hesabatları dinlənilib.
İclasda Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov çıxış edərək rəhbəri olduğu şöbənin əsas vəzifə və funksiyalarından söz açıb. F.Qədirovun verdiyi məlumata görə, ötən il şöbə tərəfindən nazirliyin 3 illik Strateji Planı və 2010-cu il üçün illik fəaliyyət planı hazırlanıb. Ölkənin ümumtəhsil məktəblərində mövcud vakansiyaların ümumiləşdirildiyi və təhlil olunaraq dövlət sifarişinin hazırlandığını qeyd edən şöbə müdiri deyib ki, ötən il ucqar kənd məktəblərinə həvəsləndirmə tədbirləri tətbiq olunmaqla 800 nəfər pedaqoji kadr göndərilib. 2010-2011-ci tədris ili üçün ölkənin ümumtəhsil məktəblərində 288 vakant müəllim yeri müəyyənləşdirilib və işə qəbul həyata keçirilib.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin müdiri Samir Məmmədov isə qeyd edib ki, ölkəmizin 500 təhsil müəssisəsində kompüter sinifləri, müəllim və direktorların otaqlarını əhatə edən lokal şəbəkələr yaradılıb. İdarə müdiri ümumilikdə 1000 təhsil müəssisəsinin internet şəbəkəsinə qoşulduğunu diqqətə çatdırıb. Samir Məmmədov öz hesabatında ümumtəhsil məktəblərində çalışan müəllimlərin İKT bacarıqlarının artırılmasından, müvafiq sahədə aparılan işlərdən və bu istiqamətdə mövcud olan problemlərdən danışıb.

Tədbiri yekunlaşdıran təhsil naziri Misir Mərdanov Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsinin nazirliyin ayrı-ayrı şöbələri ilə daha sıx əlaqəli işləmələrini tövsiyə edib və bundan sonra hər iki şöbənin qarşısında duran vəzifələri nəzərə çatdırıb.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü