Modern.az

Fəxrəddin Manafov: “...nasazam, evdəyəm”

Fəxrəddin Manafov: “...nasazam, evdəyəm”

7 Yanvar 2011, 18:19

Azərbaycanın xalq artisti Fəxrəddin Manafov yaradıcılıq işlərində müəyyən fasilə verib. Modern.az-a açıqlamasında xalq artisti bildirib ki, hazırda kino ilə bağlı heç bir çəkilişləri yoxdur. “İbrus” teatrınun aktyoru yaradıcılığına fasilə verib.
“Yaradıcılıq işlərimdə müəyyən fasilə vermişəm. Hazırda yalnız teatrda işləyirəm”-deyən F.Manafov fəaliyyətində yeni bir şey olmadığı üçün KİV-ə müsahibə vermək istəmir.
“Hər şey bitib. Hazırda evdəyəm”.

Havalarla bağlı soyuqladığını deyən F. Manafov evdə müalicə olunduğunu bildirib:

“Şükür Allaha, hər şey yaxşıdı. Evdəyəm. Bir az soyuqlamışam, nasazam. Belə-belə şeylərə fikir verməyin”.

Qeyd edək ki, Fəxrəddin Manafov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovdan orada çalışmaq təklifi alıb. Aktyor bildirib ki, direktorun bu təklifini artıq qəbul edib.
Fəxrəddin Manafov 2 avqust 1955-ci ildə Xankəndində anadan olub. 1976-80-ci illərdə də M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib.
1989-1993-cü illərdə «Yuğ» Teatrının aktyoru olub. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında aktyor kimi filmlərə çəkilir.
1987-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti,  2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü