Modern.az

Pərviz Həşimli: “Yeni media layihəm var”

Pərviz Həşimli: “Yeni media layihəm var”

Media

19 May 2016, 15:51

“Media ilə bağlı yeni bir layihəm var. Bu günlərdə həmin layihə haqqında ətralı məlumat verəcəm”.

Bu barədə Modern.az saytına açıqlamasında jurnalist Pərviş Həşimli məlumat verib.

O, deyib ki, bundan sonra da insan haqları və media sahəsində fəaliyyətini davam etdirəcək:

“Əvvəlki fəaliyyətim olan insan haqları və media sahəsində fəaliyyətimi davam etdirəcəm.

Həbsdən çıxdıqdan sonra Qərb ölkələrinin Bakıdakı səfirləri ilə görüşərək, insan haqları sahəsində müzakirələr aparmışıq.

Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin rəhbəri kimi insan haqlarının pozulmasına qarşı fəaliyyətimi davam etdirəcəm”.

Əvvəllər “Bizim yol” qəzetini əməkdaşı olmuş Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də o zamankı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanmışdı.

Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum etmişdi.

P.Həşimli bu il mart ayının 17-də prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı