Modern.az

Prezident onlara elm və ədəbiyyat üzrə dövlət mükafatı verdi - SİYAHI

Prezident onlara elm və ədəbiyyat üzrə dövlət mükafatı verdi - SİYAHI

Ədəbi̇yyat

27 May 2016, 16:27

Prezident İlham Əliyev 2016-cı il üçün Azərbaycan Respublikasının elm və ədəbiyyat sahələrində Dövlət mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının təklifinə əsasən, 2016-cı il üçün elm və ədəbiyyat sahələrində Azərbaycan Respublikasının Dövlət mükafatları aşağıdakı şəxslərə verilsin:

Elm sahəsi üzrə

Ramiz Mahmud oğlu Məmmədov - "Azərbaycan Respublikasının coğrafiyası" üçcildlik monoqrafiyaya görə
Elbrus Kərim oğlu Əlizadə
Məhərrəm Səməd oğlu Həsənov
Zakir Namin oğlu Eminov

Ədəbiyyat sahəsi üzrə

Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) - "Seçilmiş əsərləri" oncildlik kitabına görə.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü