Modern.az

Milli Məclis iyunun 21-də növbədənkənar sessiya keçirəcək

Milli Məclis iyunun 21-də növbədənkənar sessiya keçirəcək

Parlament

31 May 2016, 16:47

Milli Məclisin növbədənkənar sessiyasının iclas vaxtı  məlum olub. Parlamentdən Modern.az saytına verilən məlumata görə, iclas iyunun 21-də keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının son iclasında – bu gün spiker Oqtay Əsədov bildirib ki, 76 nəfər deputatın müraciəti ilə növbədənkənar sessiya keçiriləcək.

Konstitusiyaya görə, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. 
Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. 

Bu gündəlikdəki məsələlərə baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.

Deputatlar iyul ayının 15-dən avqustun 30-dək tətilə buraxılırlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. 

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü