Modern.az

Qarabağda “partiya sədri"ni döyənlər yaxalandı

Qarabağda “partiya sədri"ni döyənlər yaxalandı

Qarabağ

10 İyun 2016, 13:25

Separatçı “Dağlıq Qarabağ Respublikası”da siyasi çəkişmə davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iyunun 6-da “Milli Dirçəliş” partiyasının sədri Ayk Hanumyanı döyən şəxslər Xankəndində həbs olunublar.

 

Həbs olunan Mikael Saakyan (1977-ci il) və Sergey Avanesyanın (1968-ci il) aprel döyüşlərində könüllü olduqları da müəyyənləşib.

 

Onlar haqqında həbs qərarı verilib.

 

Xatırladaq ki, Ayk Hanumyan iyunu 6-da naməlum şəxslərin hücumuna  məruz qalmışdı.

 

O, separatçı ordunun yaradıcısı Samvel Babayanın xeyrinə Xankəndində aksiya təşkil etdikdən sonra yerli rejimin təzyiqləri ilə üzləşmişdi.

 

Vüqar İsmayılov       

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü