Modern.az

"Qanun"un yoxlanması İlqar Məmmədovla bağlıymış...

"Qanun"un yoxlanması İlqar Məmmədovla bağlıymış...

Aktual

13 İyun 2016, 13:39

REAL Hərəkatı “Qanun” Nəşriyyatından İlqar Məmmədovun flayerlərinin müsadirə olunması ilə bağlı bəyanat verib.

Modern.az-ın məlumatına görə, REAL bəyan edir ki, son iki gündür "Qanun" nəşriyyatında aparılan yoxlamaların səbəbi İlqar Məmmədovun ad günü münasibətilə hazırlanmış flayerlərinin müsadirəsi ilə bağlı olub.

“REAL bu flayerləri təşkilatın həbsdə olan sədri İlqar Məmmədovla bağlı ad günü tədbirləri çərçivəsində sifariş vermişdi. Flayerlər 1 milyon insanın sədrin həyat yolu və qanunsuz həbsi haqqında məlumatlandırılması üçün hazırlanmışdı”, deyə bəyanda bildirilib.

REAL bəyan edir ki, flayerlərin müsadirəsi, bu cür operativ reaksiya hakimiyyətin bir daha cümhuriyyət ideyalarından və təşkilatın 3 ildən çoxdur ki, qanunsuz olaraq həbsdə saxlanılan sədrindən çəkindiyini sübut edir.

“Hakimiyyət nəşriyyatdakı yoxlamalara "bomba axtarmaq" adı qoymaqla bu flayerlərin yayılmasının "bomba" effekti yaradacağını düşünürmüş. REAL Azərbaycan ictimaiyyətini əmin edir ki, tərəqqinin, tərəqqipərvərlərin qarşısı alınmazdır. Hökumətin bütün fiziki və maddi gücü həqiqət qarşısında acizdir. Cümhuriyyət alternativi mütləqiyyətin reallaşmasına mane ola bilməyəcəyi bir zərurətdir”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü