Modern.az

Bir il dəyyusluq edən, Oruc tutur bu günlər...

Bir il dəyyusluq edən, Oruc tutur bu günlər...

Ədəbi̇yyat

17 İyun 2016, 11:12

Fikrət Şiriyev


Bir il dəyyusluq edən,
Şeytanla dostluq edən,                                                     
Balaca bir günahın
Ucundan tutub gedən
Oruc tutur bu günlər...

Olsa zatın çıxardan,
Görər əslini-Vartan!
Camaat əl tutanda,
Qıçından tutub dartan
Oruc tutur bu günlər...

Yazığa divan tutan,
Görsə, üzün yan tutan.
Ürəyi, qəlbi qansız,
Gözlərini qan tutan
Oruc tutur bu günlər...

Atamızı yandıran,
Anasını andıran.
Balıq tutmaqdan ötrü,
Suları bulandıran
Oruc tutur bu günlər...

İtirib vicdanını,
İçir xalqın qanını.
Dünyanın işinə bax-
İt tək tutan hamını-
Oruc tutur bu günlər...

Orucluqdan pay tutan,
Camaata  toy tutan,
Aldatdığı bizləri
Allah ilə tay tutan
Oruc tutur bu günlər!

Bir gün söylə şərə ”bəs”,
Gördüyün işlərə “bəs”!
Atdığın o böhtanlar
Ayaq tutar-yeriməz,
Oruc tutma bu günlər...

Bir gün gələr sabahlar,
Tutar səni bu ahlar!
Bir oruc tutmaq ilə
Yuyulmaz o günahlar-
Oruc tutma bu günlər...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü