Modern.az

Jurnalist Xədicə İsmayıl amnistiyaya düşüb

Jurnalist Xədicə İsmayıl amnistiyaya düşüb

Media

22 İyun 2016, 12:53

Jurnalist Xədicə İsmayıl amnistiya aktına əsasən cərimədən azad edilib. Bu haqda Modern.az saytına onun hüquqlarını müdafiə edən Fəxrəddin Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, jurnalist məhkəmə qərarı ilə 2500 manat cərimə olunmuşdu. İyunun 15-də icrasına başlanan amnistiya aktı ilə o, cərimədən azad olunub.

Binəqədi rayon məhkəməsinin qərarı ilə X.İsmayıl ötən il şərəf və ləyaqətin təhqir olunmasında təqsirli bilinərək 2500 manat cərimələnmişdi.

X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X. İsmayılova apellyasiya şikayəti verib. Şikayətdə onun barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunub. Lakin məhkəmə şikayəti təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib.

Jurnalist bu il mayın 25-də Ali Məhkəmənin qərarı ilə şərti cəza alaraq azadlığa buraxılıb.

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü