Modern.az

Dünyada ən böyük almaz satışa çıxarılacaq - FOTO

Dünyada ən böyük almaz satışa çıxarılacaq - FOTO

Dünya

28 İyun 2016, 15:13

Dünyadakı ən böyük almaz iyunun 29-da Londonun “Sotheby`s” auksionunda satışa çıxarılacaq.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Lesedi La Rona (Bizim dünyamız) adlı almazın 3 milyard yaşı var. Onun çəkisi 1100 karat (220 qram) təşkil edir.

 

Ehtimal olunur ki, Lesedi La Rona almazı auksionda 70 milyon dollardan artıq qiymətə satıla bilər.

 

Almaz 2015-ci ilin noyabrında Botsvanadakı mədəndə aşkar olunub.

 

Vüqar İsmayılov

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü