Modern.az

İstanbuldakı partlayışda zərərçəkənlər arasında azərbaycanlı yoxdur

İstanbuldakı partlayışda zərərçəkənlər arasında azərbaycanlı yoxdur

Dünya

29 İyun 2016, 00:39

İstanbulun Atatürk Hava Limanında baş vermiş terror aktı nəticəsində zərərçəkənlər arasında Azərbaycandan sərnişin və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) əməkdaşları yoxdur. Modern.az saytı xəbər verir ki, bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

 

P.Kəsəmənski əlavə edib ki, Bakı vaxtilə saat 23:30-a planlaşdırılan İstanbul-Bakı aviareysi Atatürk Hava Limanının bağlanması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.

 

Qeyd edək ki, hava limanındakı partlayış nəticəsində 10 nəfər ölüb, 50-dək insan yaralanıb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü