Modern.az

Türkiyədə matəm ELAN OLUNDU

Türkiyədə matəm ELAN OLUNDU

Dünya

29 İyun 2016, 15:12

Türkiyədə 1 günlük matəm elan olunub.

Modern.az Turkiyə KİV-nə istinadən xəbər verir ki, matəm Atatürk Hava Limanında dünən axşam törədilən terror aktına görə elan edilib.

 

Matəmlə bağlı ölkənin bütün xarici səfirliklərində və dövlət müəssisələrində dövlət bayrağı yarıya qədər endirilib.

Son məlumatlara görə, İstanbuldakı terror aktı nəticəsində 41 nəfər həlak olub, 239 nəfər yaralanıb. Həlak olanlardan 10-u xarici, 3-ü isə ikili vətəndaşlığı olan şəxsdir. Yaralıların 109-u evə buraxılıb. Hazırda 130 yaralı həkim nəzarətindədir.


Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü