Modern.az

“İŞİD və PKK terror təşkilatları arasında fərq qoyulmamalıdır”

“İŞİD və PKK terror təşkilatları arasında fərq qoyulmamalıdır”

Dünya

29 İyun 2016, 21:05

Avropa İttifaqı İŞİD və PKK terror təşkilatları arasında fərq qoymamalıdır. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Ömər Çelik bildirib.

Onun sözlərinə görə, Aİ ölkələrinin İstanbuldakı terror aktı ilə bağlı bəyanatı əhəmiyyətlidir, lakin Türkiyə onları daha qəti qərarlar qəbul etməyə çağırır.

Qeyd edək ki, ötən gecə İstanbulun Atatürk hava limanında 41 nəfərin ölməsi, 239 nəfərin xəsarət alması ilə nəticələnən terror aktı baş verib. Terror hadisəsinin arxasında isə İŞİD-in sayandığı bildirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü