Modern.az

Məmmədyarovun Ştaynmayerlə görüşdən sonra dedikləri...

Məmmədyarovun Ştaynmayerlə görüşdən sonra dedikləri...

Aktual

30 İyun 2016, 15:16

Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov arasında təkbətək görüş keçirilib.

Modern.az-ın xəbərinə görə, görüş zamanı tərəflər Azərbaycan və Almaniya arasında əlaqələrin inkişaf perspektivlərini, iqtisadi məsələləri, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin həlli məsələsini müzakirə edilib.

Xatırladaq ki, Frank-Valter Ştaynmayer Cənubi Qafqaza səfər çərçivəsində iyunun 29-da Ermənistana səfər edib.

Azərbaycana səfərdən sonra Almaniya XİN başçısı Gürcüstana yollanacaq.

***

Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş brifinqdə Elmar Məmmədyarov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi iş aparmağın vaxtı çatıb.

"Biz Dağlıq Qarabağ münaqişəsini müzakirə etmişik. Ştaynmayer Dağlıq Qarabağla bağlı Ermənistanın mövqeyi barədə mənə məlumat verib".

E.Məmmədyarov bildirib ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin birmənalı şəkildə işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edir: "Status-kvonun saxlanılması yolverilməzdir, dəyişdirilməlidir".

Elmar Məmmədyarov Azərbaycanı Almaniyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı adlandırıb.

“Azərbaycan və Almaniya arasında münasibətlər sürətlə inkişaf edir. Azərbaycanda Almaniyanın çox sayda şirkəti fəaliyyət göstərir. Əminik ki, Azərbaycanın təklif etdiyi enerji və iqtisadi layihələri Almaniyaya maraqlı olacaq".

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü