Modern.az

Azərbaycan nümayəndə heyəti ATƏT-də aprel hadisələrindən DANIŞDI

Azərbaycan nümayəndə heyəti ATƏT-də aprel hadisələrindən DANIŞDI

Aktual

1 İyul 2016, 18:00

Bu gün Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası keçirilib.

 

Modern.az-ın xəbərinə görə, Azərbaycanı toplantıda ATƏT PA-nın Azərbaycan nümayəndə heyəti də təmsil edib.

 

“Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirərək” mövzusuna həsr olunan sessiya çərçivəsində Daimi komitənin iclası keçirilib. İclasda təşkilatın gündəliyi, maliyyə məsələləri, bəzi sənədlərə dəyişikliklər müzakirə olunub.

 

Təşkilatın Daimi Komitəsinin iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Bahar Muradova komitə iclasında çıxış edib.

O, ATƏT PA-nın qəbul edəcəyi sənədlərdə Ermənistanın təcavüzkarlığı, işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi barədə məsələnin də sənəddə əksini tapmasının vacibliyini vurğulayıb.

 

Xanım deputat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqların getdiyi bir vaxtda ATƏT PA-nın sənədlərin bu cür məsələlərin əksini tapmasını sülh prosesinə təkan verəcəyini söyləyib.

 

 Vitse-spiker daha sonra jurnalistlərə deyib ki, Azərbaycan nümayəndə heyəti sessiyanın hazırlıq dönəmində və tədbirin gedişində bütün məsələləri diqqətdə saxlayır:

“Bizim üçün daha çox vacib olan həlli uzadılmış münaqişələr, o cümlədən Dağlıq Qarabağ məsələsi və hazırkı vəziyyətlə əlaqədar PA-nın mövqeyi və verə biləcəyi töhfədir.

 Bildirdik ki, hazırkı status-kvo Ermənistandan başqa heç kəsi qane etmir, Azərbaycan məsələnin sülh yolu ilə həll olunmasını tərəfdarıdır.

Ərazilərimizin mərhələli şəkildə də olsa, işğalçılardan azad edilməsini istəyirik. Tədbirdə vurğulandı ki, Ermənistan birmənalı olaraq, bunu rədd edərək danışıqlar prosesini əngəlləyir” - deyə Bahar Muradova bildirib.

 

 İyulun 5-dək davam edəcək sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Ülviyyə Ağayeva, Kamran Nəbizadə, Elşad Həsənov və Tahir Mirkişili təmsil edirlər.

 

 Ağa AKİFOĞLU

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü