Modern.az

Əli Əhmədov Zakir Fərəcovla yarmarkaya getdi - FOTO

Əli Əhmədov Zakir Fərəcovla yarmarkaya getdi - FOTO

İqtisadiyyat

2 İyul 2016, 12:21

İyulun 2-də baş nazirin müavini Əli Əhmədov Sumqayıt şəhərində şənbə, bazar və bayram günlərində keçirilən kənd təsərrüfatı məhsullarının ənənəvi satış yarmarkasına baş çəkib.

 

Modern.az xəbər verir ki, Əli Əhmədov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla yarmarkada satışa çıxarılan məhsulların qiyməti və keyfiyyəti ilə maraqlanıb.

 

Yarmarkaya gələn sakinlərlə görüşən Baş nazirin müavini əhalinin etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması, ölkəmizdə aqrar sektorun inkişafı, kənd təsərrüfatı məhsullarına artan tələbatın lazımi səviyyədə ödənilməsi istiqamətində dövlət tərəfindən görülən işlər barədə məlumat verib.

 

O, kənd təsərrüfatı yarmarkalarının vətəndaşlara bol çeşiddə və keyfiyyətli məhsulların təqdim olunması, qiymətlərin tənzimlənməsi və süni bahalaşmanın qarşısının alınması baxımından əhəmiyyətini vurğulayıb, bu yarmarkada da məhsulların keyfiyyət və qiymətlərinin qənaətbəxş olduğunu bildirib.

 

Əli Əhmədov yarmarkada məhsulların keyfiyyət və qiymətlərinin tənzimlənməsinə ciddi riayət olunması, süni qiymət artımına yol verilməməsi, vətəndaşlara yüksək səviyyəli xidmətin təşkili ilə bağlı tövsiyyələrini bildirib.

 

Sonda baş nazirin müavini qarşıdan gələn Ramazan bayramı münasibətilə sakinləri təbrik edib, xalqımıza sülh və əmin amanlıq arzulayıb.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı