Modern.az

Poroşenkonun Bakı səfərinin proqramı açıqlandı

Poroşenkonun Bakı səfərinin proqramı açıqlandı

11 İyul 2016, 17:43

Ukrayna Prezidenti Petro Poroşenko iyulun 13-14-də Azərbaycana rəsmi səfərə gələcək. Bu barədə Trend Ukrayna Prezidentinin saytına istinadən məlumat verir.

P.Poroşenko səfər zamanı Ukrayna və Azərbaycan Prezidentləri Şurasının V iclasında iştirak etmək, həmçinin ölkənin ali rəhbərliyi ilə görüşlər keçirmək niyyətindədir.

Bundan başqa, səfərin proqramında iki ölkə arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasına yönəlmiş bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılıb.


 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü