Modern.az

İki qatar toqquşmasında ölü və yaralı sayı artıb

İki qatar toqquşmasında ölü və yaralı sayı artıb

Aktual

12 İyul 2016, 17:37

İtaliyada iki sərnişin qatarının toqquşması nəticəsindı baş verən ağır qəzada ölən və yaralıların sayı artmaqdadır.

Modern.az-ın xarici KİV-nə istinadən verdiyi xəbərə görə, Puqlia bölgəsində Corato və Andria qəsəbələri arasında qatarların toqquşması nəticəsində 20 nəfərin öldüyü, 35 nəfərin yaralandığı bildirilir.

Ölü və yaralılar arasında xarici ölkə vətəndaşları yoxdur. 

İtaliya Mülki Müdafiə Xidmətinin yaydığı məlumata görə, ağıq qəza nəticəsində 3vaqon tamamilə dağılıb. Yaralılardan 4-ü ağır vəziyyətdədir.  

Hadisə yerində xilassedicilər tərəfindən axtarış-əməliyyat işləri davam etdirilir .

Xatırladaq ki, bir neçə saatdan bundan öncə ölənlərin sayı 4 nəfər idi.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü